ABŞ Konqresi gələn həftə müdafiə büdcəsini səsə qoyacaq

2018/07/567567_1532163320.jpg
Oxunub: 524     16:54     21 İyul 2018    
ABŞ Konqresi ölkənin 2019-cu maliyyə ili üçün nəzərdə tutulmuş Milli Müdafiə Səlahiyyətləndirmə Qanununun gələn həftə yekun səsverməsini keçirəcək.

Ordu.az “Stripes”ə istinadən xəbər verir ki, millət vəkilləri arasındakı abu-hava qanununun qəbul ediləcəyini göstərir.

Respublikaçı senator Kevin Makkarti bildirib ki, Konqres ordunun yenidən qurulması və hərbçilərin ən yaxşı qaydada təchizatlandırılmasından əmin olmaq məqsədilə nəhəng müdafiə büdcəsinin lehinə səs verməyi düşünür.

Qeyd edək ki, qəbul ediləcəyi təqdirdə 716 milyard dollarlıq müdafiə büdcəsi 2019-cu maliyyə ilinin başlanğıcı hesab edilən bu il oktyabrın 1-dən etibarən qüvvəyə minəcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Müdafiə-büdcəsi  

ABŞ Konqresi gələn həftə müdafiə büdcəsini səsə qoyacaq

2018/07/567567_1532163320.jpg
Oxunub: 525     16:54     21 İyul 2018    