"Fransızsayağı" zərbə: "Thales" və "Naval" Azərbaycana nə verə bilər? – ANALİZ (HƏRBİ ESKPERT)

2018/07/345_1532163063.jpg
Oxunub: 6451     16:40     21 İyul 2018    
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Fransaya səfəri çərçivəsində bir çox şirkət rəhbərləri ilə görüşlər keçirib. Bu görüşlərdən biri də Parisdə "Naval" şirkətinin sədri və baş direktoru Erve Giyu ilə baş tutub. Prezident İlham Əliyevin səfər çərçivəsində digər bir görüşü iyulun 20-də Parisdə "Thales Group" şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə olub.

Görüşlərdə Azərbaycan ilə Fransa arasında hərbi-texniki sahədə əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı imkanların olduğu və hazırda Fransa tərəfi ilə konkret layihələr üzərində iş getdiyi vurğulanıb.

Ümumiyyətlə səfər ərzində Azərbaycan ilə Fransa arasında hərbi sənaye sahəsində əməkdaşlıq haqqında müzakirələrin aparılması gözlənilən idi.

Əvvəlcə, hərbi sahədə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən sözügedən şirkətlərlə tanış olaq.

Baş ofisi Parisdə yerləşən "Naval" şirkəti 387 il əvvəl, 1631-ci ildə qurulub. Şirkət əvvəllər DCNS (Direction des Constructions Navales - Hərbi gəmilərin tikintisi üçün Direktorluq) adlanırdı və XIII Kral Lyudovik dövründə Kardinal Rişelye tərəfindən yaradılan donanmanın sənaye strukturlarının davamı olan dövlət qurumu idi.

Şirkətin yaradılmasının və inkişafının əsas səbəblərindən biri də Fransanın daim dənizdə İngiltərə ilə rəqabət aparması olub. Şirkətdə əsasən döyüş gəmiləri, gəmi silahları, dəniz mühəndisliyi, nüvə mühəndisliyi və dənizdə yenilənə bilən enerji sektorları fəaliyyət göstərir. Şirkətin dünyanın 18 ölkəsində yerləşən bölmələrində 13000 nəfərin çalışır və 2016-cı ildə illik gəliri 3.19 milyard avro olub.

"Naval" şirkətinin hər biri fərqli istiqamətlər olmaqla, tək Fransada 10 şəhərdə müxtəlif istehsal sahələri və ofisləri fəaliyyət göstərir. Hər bir ofis müəyyən bir fəaliyyət üzrə ixtisaslaşıb. Şirkətin Fransadan başqa Avstraliyada, Çilidə, BƏƏ, Hindistanda, Norveçdə, Pakistanda, Malaziyada filialları fəaliyyət göstərir.

"Naval" şirkəti beynəlxalq aləmdə Hərbi Dəniz Qüvvələrinin ehtiyacını qarşılamaq üçün patrul gəmilərindən təyyarə daşıyıcılarına qədər spektrin bütün çeşiddə məhsullarını təklif edə bilən Fransanın yeganə müdafiə sənayesi müəssisəsidir. Şirkət müştərilərə həmçinin sualtı gəmilər də təklif edir. Son irimiqyaslı müqavilə Avstraliyaya 18 ədəd sualtı gəminin satışı ilə bağlı olub.

Şirkətin istehsal etdiyi məhsullar arasında aviadaşıyıcılar, sualtı atom və dəniz qayıqları, çoxməqsədli gəmilər, 4000 tonluq freqatlar, müxtəlif təyinatlı katerlər, tankerlər yer almaqdadır. Şirkətin əsas xüsusiyyətlərindən biri də sifariş aldığı dəniz vasitəsələrinin silah və naviqasiya sistemlərini özünün istehsal etməsidir.

Şirkətin müxtəlif bölmələri sualtı qayıqlarda və gəmilərdə istifadə edilən silah sistemlərinin istehsalı və modernləşdirilməsini həyata keçirirlər. Sahil mühafizə PUA-larının idarəedilməsinin gəmilərə inteqrasiya edilməsi, sahil müşahidə sistemlərinin vahid mərkəzdə birləşdirilməsi, dənizdə kiber təhlükəsizliyin təşkili və s. prioritet təşkil edən sahələrdir. "Naval" şirkəti gəmilərdə bərpa edilən enerjidən və okean sularının termal enerjisindən istifadə edilməsi sahəsində ciddi uğurlara imza atıb. Müştərilərə külək enerjili gəmi layihələri də təklif edilir. İstehsal sahəsindən başqa şirkət təlim məqsədli stimulyatorların, dəniz infrastukturunda istifadə edilən yardımçı avadanlıqların və texniki xidmət üçün vasitələrin də istehsalını həyata keçirir.

Fransanın "Thales Group" şirkəti aerokosmik, müdafiə, nəqliyyat və təhlükəsizlik sahəsində ciddi nailiyyətlər əldə edən çoxmillətli şirkətdir. Onun baş ofisi Parisin La Défense işgüzar dairəsində yerləşir, şirkətin səhmləri isə "Euronext Paris" birjasında yerləşdirilib.

Şirkət adını yunan filisofu Thalesdən götürüb. Fransa hökumətinin də paya sahib olduğu şirkət 56-dan çox ölkədə fəaliyyət göstərir. "Thales Group" 1893-ci ildə qurulub, 64 min insanın çalışdığı şirkətin 2016-cı ildə gəlirləri 14.9 milyard avro təşkil edib. Ümumi istehsalın 55% -i hərbi təyinatlı məhsullardır. Dünyada döyüş təyyarələrinin ən yüksək səviyyəli müasir elektron sistemlərinin, RLS-lərin, təyyarələrin hava hücumundan xəbərdarlıq və müdafiə vasitələrinin istehsalçısı adını qoruyan şirkət hazırda dünyanın ən böyük 10 müdafiə sənayesi şirkətindən biridir.

Şirkətin istehsal etdiyi hərbi təyinatlı məhsullar siyahısına aerokosmik, rabitə, ərazidə kənar dalğaların yayılmasına mane olan REM, hava hücumundan müdafiə, silah, sursat, optik, elektron, idarəetmə, nəzarət, radiolokasiya vasitələri və enerji sektorunda istifadə edilən müasir avadanlıqlar daxildir.

Şirkətin istehsal etdiyi "Ground Master 400" rəqəmsal HHM radarı, "Rafal" qırıcıları üçün elektron optik avadanlıqlar, Fransa, Yaponya, İndoneziya, Malaziya ve Türkiyə tərəfindən silahlanmaya qəbul edilən C4I idarəetmə sistemi hələ də rəqib tanımır.

Yüksək avionika, kiber təhlükəsizlik və s. sahələrdə də dəstək və xidmət göstərən "Thales Group" şirkəti 40 ildir ki, aerokosmik sistemləri və müxtəlif təyinatlı hərbi məhsullar istehsal etməklə onların inteqrasiyasını, sınaqlarını və sifarişçiyə təslim edilməsini həyata keçirir.

"Thales Group" aerokosmik avadanlıqlar, rabitə, hərbi təyyarələrin elektron avadanlıqları, RTK, RLS və REM vasitələrinin istehsalı üzrə dünyada ilk üçlüyə daxil olan nəhəng bir kompaniyadaır. İstehsal edilən məhsullar arasında süni peyklər, PUA-lar, hədəfləri işıqlandıran lazer aparatları (satış həcminə görə "Lockheed Martin"dən sonra ikinci yer), təyyarə və helikopterlərin qorunması üçün inteqrasiya edilən komplekslər, radiotexniki kəşfiyyat kompleksinin maneə yaradan vasitələri (istənilən siqnalları söndürən JAMMR), təyyarələrin müasir müşahidə - nişangah sistemləri, gecə və gündüz kəşfiyyat vasitələri, termal kameralar, elektron optik əks-təsir kompleksləri də mövcuddur.

Bir sözlə "Thales Group" beynəlxalq miqyasda aerokosmik, təhlükəsizlik və dəniz bazasında müxtəlif təyinatlı hərbi məhsullar istehsal edən dünya liderlərindən biridir. Bir çox ölkələr peyk sistemləri sahəsində məhz bu şirkətlə əməkdaşlıq edir.

Şirkətin əsas səhmdarları arasında Fransa hökuməti 27.1%-lik, "Dassault Group" isə 25.9%-lik paya malikdir.

Azərbaycan-Fransa əlaqələri isə keçən əsrin əvvəllərində bəri daim inkişaf edən dinamikaya malik olub. Əlaqələrin yüksək səviyyəsinin saxlanılmasında vitse-prezident xanım Mehriban Əliyevanın da rolu danılmazdır. Azərbaycan və Fransa uzun müddətdir ki, hərbi-texniki sahədə əməkdaşlıq edir. Məlumdur ki, müharibə şəraitində olan Azərbaycan Fransa istehsalı olan muasir məhsullara, o cümlədən patrul, desant və sahil mühafizə gəmilərinə, HHM sistemlərinə, naviqasiya və elektron vasitələrə olan ehtiyaclarını ödəmək üçün rəqabət qabiliyyətli müasir avadanlıqlara daim ciddi maraq göstərir.

Prezident İlham Əliyev Fransaya səfəri çərçivəsində əvvəlcə şirkət rəhbərləri ilə, sonra isə iyulun 20-də Parisdə, Yelisey Sarayında Fransa Respublikasının Prezidenti Emmanuel Makronla görüşdü.

Müzakirələr zamanı Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlər siyasi, hərbi, iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik, mədəni və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi, Azərbaycanda Fransa Liseyinin və Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərməsindən məmnunluq ifadə olundu.
Görüş zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri ətrafında fikir mübadiləsi aparıldı. Vurğulandı ki, Fransanın aparıcı şirkətləri Azərbaycanda fəaliyyətlərini daha da genişləndirməkdə maraqlıdır.

Prezident İlham Əliyev bu səfər çərçivəsində Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli görüşlərin keçirildiyini və Azərbaycan ilə Fransa şirkətləri arasında 2 milyard dollardan artıq məbləğdə müqavilələr imzalandığını bəyan etdi. Bu müqavilələr reallaşdırıldığı təqdirdə onların həcmi daha da artacaq. Həmçinin enerji təhlükəsizliyi məsələsi müzakirə olundu, "Cənub Qaz Dəhlizi" layihəsinin uğurla icra edildiyi də vurğulanıb. Neft-qaz sektoru, infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı, metro tikintisi, hərbi-texniki sahələrdə əməkdaşlıq məsələləri də geniş müzakirə olunub.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Prezident İlham Əliyev bu münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi barədə ətraflı məlumat verdi. Ümidvarlıq ifadə olundu ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransanın Prezidenti şəxsən bu münaqişənin həllində fəal iştirak edəcək. Daha sonra sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu.

Prezident İlham Əliyevin səfəri çərçivəsində imzalanan sənədlər arasında hərbi- texniki əməkdaşlığa və geniş çeşiddə ikili təyinatlı məhsulların əldə edilməsinə aid müqavilələr üstünlük təşkil edir. Fransanın hərbi sənaye komleksinin nəhəng şirkətləri ilə keçirilən görüşlər Silahlı Qüvvələrimizin sıralarında tərəfdaş ölkənin istehsalı olan bir çox vasitə və avadanlıqların yaxın zamanlarda peyda olacağını ehtimal etməyə əsas verir.

Son illərdə keçirilən yüksək səviyyəli görüşlərin nəticəsində Azərbaycanın "Naval" şirkətinin istehsalı olan 3 ədəd "Gowind" layihəli patrul gəmisinin alınmasına dair məlumatlar geniş yayılıb. Hazırda ən çox satılan bu tip patrul gəmiləri öz sinfinin lideri hesab edilir. Müqavilənin toplam dəyərinin təxminən 430 milyon dollar olduğu və 3 il ərzində icra ediləcəyi ehtimal edilir. Əvvəllər bu layihə uğrunda Hollandiyanın "Damen" gəmiqayırma qrupu da mübarizə aparırdı, lakin Azərbaycan tərəfi Fransa ilə tarixi əlaqələrə nə qədər sadiq olduğunu burda da sübut etdi.

Dənizdə hava hücumundan müdafiənin gücləndirilməsi məqsədilə Fransadan "Horizon" freqatlarının və ya "Mistral" universal desant gəmilərinin də alına biləcəyi istisna edilmir. Sonuncunun şanslarını daha yüksək dəyərləndirirəm. Bu gəmilərin hazırlanmasında həm "Naval", həm də "Thales Group" şirkəti iştirak edib.

Azərbaycanın əməkdaşlıq edəcəyi digər bir fransız şirkəti "Thales Group"dan aerokosmik avadanlıqlar, rabitə, hərbi təyyarələrin elektron avadanlıqları, RTK, HHM, RLS və REM vasitələrini əldə edə bilər. 3-cü peykin orbitə çıxarılmasında bu sahədə ciddi təcrübəyə malik "Thales Group" şirkətinin imkanlarından istifadə ediləcəyi gözlənilir.

Nəzərinizə çatdırım ki, birinci peykə 160, ikinciyə isə 200 milyon dollar vəsait xərclənib. Hazırda illik dövriyyəsi 100 milyard dollara çatan orbital peyk xidmətini dünyanın inkişaf etmiş ölkələri göstərə bilir. Təbii ki, Ermənistan bu imkanlardan məhrumdur. Artan tələbat Azərbaycanı 3-cü peykini orbitə çıxarmağa sövq edir. Təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin yüksək texniki xüsusiyyətlərə malik vasitələrlə təminatı daim prioritet sahə olaraq qalır. Müharibə şəraitində olan Azərbaycanın Fransadan əldə edə biləcəyi vasitələrin siyahısı sadəcə gəmilər və ya orbital peyk ilə məhdudlaşmayacaq. Birgə hərbi istehsal sahəsinin yaradılmasına aid təsdiq edilməyən məlumatlar da mövcuddur. Paris de-fakto olaraq Çexiyadan sonra Avropanın Azərbaycana tətbiq etdiyi silah embarqosunu aradan qaldıran ikinci ölkə oldu.

Ermənistan büdcəsinin cəmi 3 milyard dollardan bir az artıq olduğunu nəzərə alarsaq, ən yaxın müttəfiqlərindən olan Fransa ilə Azərbaycanın sadəcə iki gün ərzində 2 milyard dollarlıq müqavilələrə imza atması təbii ki, İrəvanda qısqanclığa və ciddi bir panikaya səbəb oldu. Yüksək çinli erməni məmurları həm siyasi, həm də hərbi kanallarla bu müqavilələrə maneçilik törətməyə cəhd etsələr də, əvvəllər olduğu kimi bu dəfə də uğur əldə edə bilmədilər. Adının çəkilməsini istəməyən diplomatik mənbənin bildirdiyinə görə, Fransa Ermənistanın "göz yaşlarına" inanmayaraq əməkdaşlığın sırf hərbi sahəni əhatə etmədiyini, Xəzər dənizinin akvatoriyasının isə Dağlıq Qarabağ münaqişəsinə aidiyyatı olmadığı üçün bu sularda üzəcək Fransa istehsalı freqat və ya desant gəmisi Ermənistanı qətiyyən narahat etməməlidir. Fransanın Ermənistandakı səfiri də eyni bəyanatı bir az yumşaq tonda səsləndirdi. Qısa müddət ərzində Ermənistanın həm Türkiyə, həm Çexiya, həm İsrail, həm Rusiya, həm Belarus, həm də Fransa ilə münasibərlərinin ciddi şəkildə gərginləşdiyinin şahidi olduq, bu isə İrəvan üçün yaxşı heç nə vəd etmir. İran və Çin ilə də münasibətlərdə müəyyən problemlər yaransa da, hələlik rəsmi İrəvan bu məsələləri qabartmamağa, yəni salam verə biləcəyi son ölkələri itirməməyə çalışır. Ermənistan hakimiyyəti isə həm qonşularla, həm müttəfiqlərlə, həm də tərəfdaşlarla münasibətlərini pozmaq əvəzinə, Azərbaycanı silahlanmaya vadar edən səbəblər üzərində düşünməlidir. Ortada 25 ildən artıq davam edən işğal faktı mövcuddur. Bu fakt aradan qaldırılmayana qədər ən yaxşı halda erməni rəhbərliyi hər kəsdən inciməkdə davam edəcək. Hamını itriməkdə davam edən Paşinyan 80-cı gününün sonunda özünü də itirə biləcəyini anlayaraq, Azərbaycan Prezidenti ilə danışıqlara hazır olduğunu bildirdi.

Hərbi eskpert Ədalət Verdiyev
Yazı Ordu.az-a məxsusdur

Teqlər: Fransa-Azərbaycan   Hərbi-əməkdaşlıq   Thales   Naval  

"Fransızsayağı" zərbə: "Thales" və "Naval" Azərbaycana nə verə bilər? – ANALİZ (HƏRBİ ESKPERT)

2018/07/345_1532163063.jpg
Oxunub: 6452     16:40     21 İyul 2018    