ABŞ-ın yarımillik silah satışı 2017-ci ildəkindən daha çoxdur

2018/07/6456_1532156395.jpg
Oxunub: 438     19:41     21 İyul 2018    
Vaşinqton 2018-ci ilin birinci yarısında 49,9 milyard dollar dəyərində silah-sursat və digər hərbi ləvazimatların satışını təsdiqləyib.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu rəqəm bütövlükdə 2017-ci ildəkindən 5 milyard dollar daha çoxdur.

ABŞ Hökumətinin Hesabatlılıq İdarəsindən yayılan məlumatda qeyd olunub ki, 2016-2017-ci illər arasında Qlobal Təlim və Təchizat proqramı tərəfindən həyata keçirilən 21 layihənin sadəcə 8-i yerli qüvvələrin qabiliyyətlərinin gücləndirməsinə gətirib çıxarıb.

ABŞ-ın silah ixracatındakı artım ölkə prezidenti Donald Trampın ABŞ istehsalı silah sistemləri almağa dair digər ölkələrə etdiyi təzyiqlərlə əlaqələndirilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Silah-Satışı  

ABŞ-ın yarımillik silah satışı 2017-ci ildəkindən daha çoxdur

2018/07/6456_1532156395.jpg
Oxunub: 439     19:41     21 İyul 2018    