“Raytheon” JSOW bombalarını sınaqdan keçirəcək

2018/07/345345_1532156286.jpg
Oxunub: 428     20:17     21 İyul 2018    
“Raytheon” JSOW bombalarının sınaqdan keçirilməsinə dair ABŞ donanması ilə 10,7 milyon dollarlıq müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müqavilə çərçivəsində bombaların sınağı ilə yanaşı modifikasiyası da nəzərdə tutulub.

Müqavilə üzrə işlərin Arizona ştatının Tukson şəhərində həyata keçirilməsi və 2019-cu ilin iyuluna qədər tamamlanması planlaşdırılır.

Qeyd edək ki, JSOW GPS və infraqırmızı termal idarəolunan bombadır. O, müxtəlif növ döyüş başlıqlarını 60 mil məsafəyə qədər daşıya bilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Raytheon   JSOW  

“Raytheon” JSOW bombalarını sınaqdan keçirəcək

2018/07/345345_1532156286.jpg
Oxunub: 429     20:17     21 İyul 2018    