İsrail HƏMAS-a qarşı əməliyyatlara başlayıb

2018/07/678768_1532150545.jpg
Oxunub: 436     13:17     21 İyul 2018    
İsrail qırıcıları HƏMAS-ın Qəzzadakı çox sayda mövqelərinə aviazərbələr endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı İsrail Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, əməliyyat İsrailin sərhəd mühafizə əsgərinə qarşı snayper tüfəngindən atəş açılmasına cavab olaraq başladılıb.

İsrail Müdafiə Qüvvələri tanklar, döyüş təyyarələri və artilleriya qurğularından istifadə etməklə Qəzza zolağına geniş miqyaslı hücum həyata keçirib.

Qeyd olunub ki, hücumlar zamanı İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar hərəkat üzvlərinin 25 mövqeyinə aviazərbələr endirib, daha sonra isə zərbələr endirilən məntəqələrin 15-də axtarışlar aparılıb.

Bildirilir ki, əməliyyatlar nəticəsində 4 HƏMAS üzvü zərərsizləşdirilib, çox sayda silah-sursat yararsız hala salınıb, yaxud aşkar edilərək müsadirə edilib.

İsrail mətbuatı ölkənin Baş naziri Benyamin Netanyahunun ordunun Təl-Əvivdəki qərargahına gələrək əməliyyat barədə məlumat aldığını bildirib, lakin Netanyahu tərəfindən heç bir açıqlama verilməyib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İsrail   HƏMAS  

İsrail HƏMAS-a qarşı əməliyyatlara başlayıb

2018/07/678768_1532150545.jpg
Oxunub: 437     13:17     21 İyul 2018    