Rusiya “Avanqard” hipersəs raket sistemi üzərində işləri tamamlayıb

2018/07/37397455_2606998419526310_4717573480718008320_n_1532110309.jpg
Oxunub: 374     02:13     21 İyul 2018    
Rusiyanın Strateji Raket Qüvvələri ölkənin hərbi təhlükəsizliyini gücləndirmə cəhdlərinin bir hissəsi kimi “Avanqard” hipersəs raket sisteminin xidmətə qəbuluna hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, Rusiya müdafiə sənayesi “Avanqard” raket sisteminin təkmilləşdirilməsini tamamlayıb. Artıq istehsalçılar onun seriyalı istehsalına başlayıb.

“Strateji Raket Qüvvələrinin Dombarovski bölüyündə “Avanqard” raket sisteminin istifadəyə qəbulu üçün təşkilati və texniki tədbirlər görülür. Buranın infrastruktur təsisatları raketin qəbulu üçün hazır vəziyyətə gətirilib”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, “Avanqard” hipersəs raketi Max 20-dən daha artıq sürətdə olmaqla qitələrarası məsafədə uça bilir. Onun bir neçə on kilometr yüksəklikdə uçmağa qadir olduğu bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Avanqard   Hipersəs-Raketi  

Rusiya “Avanqard” hipersəs raket sistemi üzərində işləri tamamlayıb

2018/07/37397455_2606998419526310_4717573480718008320_n_1532110309.jpg
Oxunub: 375     02:13     21 İyul 2018    