Tarasovdan kəskin açıqlama: "Bu, qanuni həyat yoldaşı ilə yanaşı, əlavə sevgiliyə sahib olmağa bənzəyir"

2018/07/567_1532095339.jpg
Oxunub: 2621     17:57     20 İyul 2018    
"Paşinyanın dövründə Gürcüstanda NATO "Noble Partner-2018" təlimində Ermənistanın iştirakını necə qiymətləndirək?! Aydındır ki, anti-Rusiya təlimləri NATO-nun gücləndirilməsinə yönəlib. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və demək olar ki, anti-Rusiya təlimlərində iştirak edir. Moskva bunu necə qiymətləndirməlidir? Xəyanət və ya ikili standartların tətbiqi?".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov Panik kəndində baş verən hadisələrlə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanın münasibətini şərh edərkən bildirib.

Panikdəki hadisəyə toxunan Tarasov bildirib ki, Gümrüdəki Rusiya hərbi bazasının komandanlığından məlum olduğu kimi bu təlimlər cari ilin döyüş hazırlığı proqramının bir hissəsidir və Ermənistan hakimiyyəti bu barədə məlumatlandırılıb.

Ekspert, rus hərbi bazasının komandanlığının Ermənistan müdafiə nazirliyindəki heyətin yeni olduğunu və protokol qaydalarına uygun keçirilən təlimlərə vərdiş etmədikləri məqamını nəzərdən qaçırdıqlarını qeyd edib.

"Lakin Paşinyan buna daha rahat münasibət bildirə bilərdi. Bu hadisəni təxribat kimi qiymətləndirməməli idi. Bəs biz NATO tərəfindən keçirilən anti-Rusiya təlimində Ermənistanın iştirakını təxribat hesab edirikmi? Qoy yoldaş Paşinyan Ermənistanda rus hərbi qulluqçularının mövcudluğu məsələsini qaldırsın və qoy onu bu məsələdə türklər, azərbaycanlılar və onun qərb tərəfdaşları müdafiə etsinlər", - deyə Tarasov kəskin şəkildə münasibət bildirib.

Tarasov, NATO-nun Gürcüstanda keçiriləcək təlimində Ermənistanın iştirakını belə qiymətləndirib: "Bu, bir insanın qanuni bir həyat yoldaşının olması və NATO simasında bir sevgiliyə sahib olmasına bənzəyir. Bu yalnız bir xəstə beyin tərəfindən təsəvvür edilə bilər. Bəli, baş verən taktik manevrlər var, sözsuz belə hallar baş verir, amma ikili standartlar oynamaq?! Amma bağışlayın, bilirsiz, Paşinyanın və onun qrupunun maraqlarını hərbçilərimizin hesabına qorumağa o qədər də maraqlı deyilik".

Onun sözlərinə görə, kiminsə bir-iki atəş səsindən qorxmasına görə Rusiyaya qarşı yüksək səsli bəyanatlarla çıxış etmək böyük bir siyasət deyil.

"Rusiya-Ermənistan əlaqələrində deyil, Ermənistanın yeni hakimiyyət orqanlarının səlahiyyətlərində problemlər görürəm. Yeni hakimiyyət hələ nə yaşadığını və harada yaşadıqlarını dərk etmir. Biz Paşinyana mane olmayacağıq, qoy işləsinlər" - deyə o vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətə, Rusiyanın son zamanlardakı gərginliyə dair mövqeyinə toxunan Tarasov bildirib ki, Qarabağ məsələsi Ermənistanın problemidir: "Paşinyan Qarabağda nə edəcək? Bu sualın cavabını ondan eşitmək istərdim. Moskvadan nə eşitmək istəyirsiz?".

Müsahibəsində yekun olaraq Tarasov qeyd edir ki, əgər Ermənistan hökümətinin yeni rəhbəri özünə o qədər əmindirsə, qoy müdafiə olunsun.

Xatırladaq ki, iyulun 17-də Ermənistanda dislokasiya olunan 102-ci rus hərbi bazasının bölmələri xəbərdarlıq etmədən Şirak vilayətinin Panik kəndində təlim keçirib. Təlim barədə xəbərdar olmayan yerli həyata keçirilən partlayış və atış səslərindən təşvişə düşüb.

"Mən açıq şəkildə ifadə etmək istəyirəm ki, bu, qəbuledilməz bir hadisədir və bunu Ermənistan-Rusiya dostluq münasibətlərinə və Ermənistanın suverenliyinə qarşı təxribat hesab edirəm. Hesab edirəm ki, təqsirkar şəxslər aşkarlanmalı və məsuliyyətə cəlb edilməlidir", - deyə Paşinyan bildirib.

Paşinyanın verdiyi məlumata görə, bu hadisənin hansı prosedurlarla araşdırılması lazım olduğunu anlamaq üçün hələ problem var, birgə razılaşmalar və erməni qanunvericiliyi ilə münasibətlər dəqiqləşdirilməlidir.

"Hər halda, polisdə ilkin materiallar hazırlandığından xəbərim var və ümidvaram ki, gələcək proseslərə səmərəli olacaq", - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Rusiya   102-baza  

Xəbər lenti

Tarasovdan kəskin açıqlama: "Bu, qanuni həyat yoldaşı ilə yanaşı, əlavə sevgiliyə sahib olmağa bənzəyir"

2018/07/567_1532095339.jpg
Oxunub: 2622     17:57     20 İyul 2018    