Xankəndində etiraz aksiyaları yenidən başlayır

2018/07/345_1532092602.jpg
Oxunub: 546     21:15     20 İyul 2018    
Bu gündən etibarən Xankəndində qondarma qurumun devrilməsi və Bako Saakyanın istefası tələbi ilə uzunmüddətli kütləvi aksiyalara start veriləcək.

Ordu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə təşəbbüs qrupu tərəfindən çağırışlar edilib.

Eyni zamanda telefon mesajları və WhatsApp yazışmaları vasitəsi ilə də yerli əhaliyə Xankəndinin mərkəzi meydanına toplaşmaları barədə müraciətlər göndərilib.

Məlumata görə, etiraz aksiyalarının İrəvanda olduğu kimi güc strukturlarının nümayəndələrinə qarşı heç bir aqressivlik göstərilmədən dinc yolla keçirilməsi nəzərdə tutulub.

Aksiyaların başlanmasına səbəb kimi Bako Saakyan və onun tərəfdarlarının fəaliyyəti nəticəsində əhalinin düşdüyü ağır iqtisadi vəziyyət, yaşayış səviyyəsinin həddən artıq aşağı olması, korrupsiya, rüşvətxorluq, özbaşınalıq, eləcə də hüquq-mühafizə, təhlükəsizlik və ordu strukturlarında mövcud olan qanunsuzluqlar göstərilir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Xankəndi   Etiraz  

Xankəndində etiraz aksiyaları yenidən başlayır

2018/07/345_1532092602.jpg
Oxunub: 547     21:15     20 İyul 2018    