Fransanın "Naval" şirkəti Azərbaycana "Gowind"lər sata bilər

2018/07/345345_1532087348.jpg
Oxunub: 3355     19:46     20 İyul 2018    
İyulun 19-da Azərbaycan prezidenti İlham Əliyev Fransada müxtəlif şirkət rəhbərləri, o cümlədən "Naval" hərbi sənaye şirkətinin sədri və baş direktoru Erve Giyu ilə görüşüb.

Ordu.az xəbər verir ki, Fransanın "Naval" hərbi sənaye şirkəti hərbi dəniz vasitələrinin istehsalı ilə məşğuldur.

Görüş zamanı Azərbaycan və Fransa arasında hərbi sənaye sahəsində əməkdaşlıq müzakirə olunub. Bundan başqa görüşdə hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığa töhfə verən şərait barədə müzakirələr aparılıb. Ən önəmli məqam isə hazırda Fransa ilə dəqiq layihələr ətrafında müzakirələrin aparılması barədə verilən açıqlama idi.

Xatırladaq ki, prezident İlham Əliyev "Naval" şirkətinin nümayəndələri ilə 2017-ci ilin yazında da görüşüb.

Rusiyanın bmpd.livejournal.com saytı Fransa mənbələrinə istinad edərək, iki böyük gəmiqayırma - "Naval Group" və Hollandiyanın "Damen Shipyards Group" - şirkətlərinin Azərbaycana gözətçi gəmiləri satmaq üçün mübarizə apardığını bildirib.

Məlumata görə, "Naval" şirkəti Azərbaycana ümumi dəyəri 430 milyon avro olan 3 ədəd "Gowind" tipli gözətçi gəmisi satmaq niyyətində olub.

Hazırda konkret danışıqların istiqamətləri barədə geniş açıqlama verilmir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Naval   Fransa-Azərbaycan  

Fransanın "Naval" şirkəti Azərbaycana "Gowind"lər sata bilər

2018/07/345345_1532087348.jpg
Oxunub: 3356     19:46     20 İyul 2018    