CENTCOM: NATO təlim missiyası payızda başlayacaq

2018/07/6456_1532086209.jpg
Oxunub: 342     19:29     20 İyul 2018    
NATO-nun uzun müddətdir gözlənilən İraqdakı hərbi-məsləhət missiyası bu ilin payızında başlayacaq.

Ordu.az “Washington Times”a istinadən xəbər verir ki, bu barədə Pentaqonun Mərkəz Komandanlığının komandanı general Cozef Votel danışıb.

Votel missiyada hansı NATO ölkələrinin iştirak edəcəyi, neçə əsgərin qatılacağı, yaxud missiyanın nə qədər davam edəcəyinə dair detalları açıqlamaqdan imtina edib.

O bildirib ki, alyansın İraqdakı səylərini artırması bu ölkədəki uzun müddətli təhlükəsizliyi təmin etmək baxımından olduqca əhəmiyyətlidir.

Xatırladaq ki, sözügedən missiyanın başladılması NATO-nun ötən həftə baş tutan sammitində qəbul edilib. Qəbul edilən razılığa əsasən missiyaya Kanada rəhbərlik edəcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: NATO   İraq  

CENTCOM: NATO təlim missiyası payızda başlayacaq

2018/07/6456_1532086209.jpg
Oxunub: 343     19:29     20 İyul 2018    