Panik kəndindəki panika Ermənistan hakimiyyətinə təsirsiz ötüşməyəcək

2018/07/435435_1532083762.jpg
Oxunub: 810     19:58     20 İyul 2018    
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan iyulun 19-da hökumətin növbəti iclasında Şirak vilayətinin Panik kəndində Rusiya hərbçiləri ilə insidentlə bağlı məsələyə münasibət bildirib.

“Mən bunu açıq şəkildə ifadə etmək istəyirəm ki, bu, qəbuledilməz bir hadisədir və mən bunu Ermənistan-Rusiya dostluq münasibətlərinə həmçinin Ermənistanın suverenliyinə qarşı təxribat hesab edirəm”, - deyə o qeyd edib.

Paşinyan bildirib ki, günahkar şəxslər aşkarlanmalı və məsuliyyətə cəlb olunmalıdır.

Paşinyanın bu açıqlamasına cavab olaraq, Ermənistan Respublikası parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Armen Aşotyan Ermənistan-Rusiya münasibətlərinin strateji tərəfdaşlığına uyğun olmayan bu cür açıqlamanın baş nazirin dilindən səsləndirilməsini son dərəcə təhlükəli olduğunu bildirib.

“Əlbəttə ki, Ermənistanın suverenliyinə qarşı hər hansı bir təcavüz qəbuledilməzdir. Lakin bu hadisə belə deyil. Təlimlərlə əlaqədar baş vermiş insidentə görə Rusiya hərbçilərinin üzr istəməsini qəbul edib, ictimaiyyət tərəfindən müzakirəsini dünən bitirib gələcəkdə belə hadisələrin olmayacağını nəzərə alaraq bundan sonrakı prosesləri normal qaydada davam etdirmək olardı. Rusiya hərbi bazasının nümayəndələrinin üzr istəməsindən sonra dünən hökumətin iclasında Nikol Paşinyanın da kəskin reaksiya verməsi anlaşılan deyil. Bu məsələdə bəzi Rusiya mətbuatının və ekspertlərinin tələsik qiymətləndirmələrini xoşagəlməz və əsassız hesab edirəm. Bu təhlükəli prosesi diplomatik yolla təcili dondurmaq lazımdır”, - deyə Armen Aşotyan öz “Facebook” səhifəsində yazıb.

Görünən odur ki, Panik kəndində baş vermiş hadisə Ermənistan hakimiyyəti daxilində panikaya səbəb olub. Belə ki, erməni baş nazirin açıqlamasından dərhal sonra digər hakimiyyət nümayəndəsi Armen Aşotyanın, Paşinyanın açıqlamasını uğursuz bir açıqlama olduğunu bildirməsi hakimiyyət daxili çəkişmənin olduğunu bir daha göstərir. Bu hadisə bizə deməyə əsas verir ki, yaxın vaxtlarda hakimiyyət daxilindəki çəkişmə Paşinyanın baş ağrısına səbəb olacaq.

Analitik-İcmalçı Ehtiram Aşırlı
Ordu.az

Teqlər: Panik   Ermənistan   102-baza  

Panik kəndindəki panika Ermənistan hakimiyyətinə təsirsiz ötüşməyəcək

2018/07/435435_1532083762.jpg
Oxunub: 811     19:58     20 İyul 2018    