İsrail ordusu İranla müharibəyə hazırdır

2018/07/345345_1532077445.jpg
Oxunub: 337     13:00     20 İyul 2018    
İsrail hərbi mənbələri ordunun İrandan gələcək istənilən təhlükəyə qarşı maksimum şəkildə hazır olduğunu bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ordu artıq son günlərdə HƏMAS, Suriya və İrandan edilən müharibə təhdidlərinə cavab olaraq hazır vəziyyətə gətirilib.

Yerli mənbələrin yaydığı məlumata əsasən, bu məqsədlə çox sayda qırıcılar, tanklar, zirehli döyüş maşınları və canlı qüvvə Suriya ilə sərhəd bölgələrinə yerləşdirilib. Eyni zamanda raketdən müdafiə sistemləri aktiv statusa keçirilib.

Məsələ ilə bağlı münasibət bildirən hərbçilər qeyd edirlər ki, İsrail son bir neçə on ildə heç vaxt indiki kimi təhdid və təzyiqlər qarşısında qalmayıb.

Lakin bildirilib ki, təhdidlərin kimdən gəlməsinə baxmayaraq İsrail ordusu müharibəyə tam hazır vəziyyətdədir.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İsrail-İran   Müharibə  

Xəbər lenti

İsrail ordusu İranla müharibəyə hazırdır

2018/07/345345_1532077445.jpg
Oxunub: 338     13:00     20 İyul 2018    