“Rusiya MiQ-31 qırıcılarını Qara dənizə yerləşdirməlidir” – Ekspert

2018/07/53453_1526022210_1526969892_1532076458.jpg
Oxunub: 402     17:10     20 İyul 2018    
Rusiyalı hərbi ekspert Viktor Muraxovski Qara dənizdəki vəziyyətlə bağlı maraqlı fikirlər səsləndirib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, hərbi ekspert Rusiyanın NATO-nun bölgədəki mövqeyinin güclənməsinə cavab verməli olduğunu bildirib.

O qeyd edib ki, hazırda Moskva Suriyaya və Baltik regionuna fokuslanmaqla Qara dənizdəki mövqelərini kəskin şəkildə zəiflətmiş olur.

“İtirilmiş mövqenin yenidən bərpa edilməsi Rusiyanın bölgədə başlıca söz sahibi aktor olaraq qalması üçün önəmlidir. Bu məqsədlə atılacaq ən uğurlu hərbi gedişin “Kinjal” raketləri ilə təchiz edilən 12-16 ədəd MiQ-31 qırıcılarından ibarət eskadranın Qara dənizə yerləşdirilməsi olar”, - deyə ekspert vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   MiQ-31   Kinjal  

“Rusiya MiQ-31 qırıcılarını Qara dənizə yerləşdirməlidir” – Ekspert

2018/07/53453_1526022210_1526969892_1532076458.jpg
Oxunub: 403     17:10     20 İyul 2018    