Mettis və Pompeo Dehliyə səfər edəcəklər

2018/07/456456_1532073992.jpg
Oxunub: 309     16:05     20 İyul 2018    
ABŞ Müdafiə naziri Ceyms Mettis və Xarici İşlər nazir Mayk Pompeo Hindistana rəsmi səfər edəcəklər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, səfərin sentyabrda baş tutması planlaşdırılır.

Məsələ ilə bağlı ABŞ Prezident Administrasiyasının mətbuat xidmətindən bildirilən xəbərdə qeyd olunub ki, hər iki nazir səfər əsnasında paytaxt Dehlidə Hindistan Müdafiə naziri Nirmala Sitharaman və Xarici İşlər naziri Suşma Svarac ilə 2+2 variantında danışıqlar aparacaqlar.

Görüşdə qarşılıqlı ikitərəfli siyasi və hərbi münasibətlərin gələcək perspektivləri ilə yanaşı Hindistan və Pakistan arasındakı problemin potensial həlli yolları ilə bağlı müzakirələrin aparılması da gözlənilir.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Mettis-Pompeo   Hindistan  

Mettis və Pompeo Dehliyə səfər edəcəklər

2018/07/456456_1532073992.jpg
Oxunub: 310     16:05     20 İyul 2018    