ABŞ Donanması 4,6 milyardlıq döyüş gəmisi əldə edib

2018/07/456456_1532070729.jpg
Oxunub: 489     11:09     20 İyul 2018    
ABŞ Donanması mühərrik sistemlərində bir sıra problemlərin aşkar edilməsinə baxmayaraq nəhəng döyüş gəmisini təhvil alıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən gəmi “Zumwalt” sinfindən olan raket sistemi ilə dəstəklənmiş “Michael Mansoor” döyüş gəmisidir.

Məsələ ilə bağlı Pentaqondan yayılan məlumatda qeyd olunub ki, gəminin test mərhələsi zamanı onun mühərrik sistemlərindəki turbinlərdə problemlər olduğu ortaya çıxıb. Bu problemin həllinin isə təxminən 20 milyon dollar maliyyə tələb etdiyi vurğulanıb.

Buna baxmayaraq, Pentaqon gəminin təhvil alınması ilə bağlı istehsalçı AGS şirkəti ilə razılıq əldə edilib.

Ötən gün rəsmi təqdimat zamanı qeyd edilib ki, 183 metr uzunluqda, 25 enində 8 metr hündürlüyündə olan gəmi eyni anda sensor və radar sistemləri ilə təchiz edilən ilk döyüş gəmisidir.

Qeyd edək ki, saatda 56 kilometr maksimum sürətə sahib gəminin istehsalına 4,6 milyard dollar xərclənib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   HDQ   Michael-Mansoor  

Xəbər lenti

ABŞ Donanması 4,6 milyardlıq döyüş gəmisi əldə edib

2018/07/456456_1532070729.jpg
Oxunub: 490     11:09     20 İyul 2018    