Koalisiya qüvvələrindən əməliyyat: 12 qiyamçı zərərsizləşdirilib

2018/07/345_1532067921.jpg
Oxunub: 340     14:24     20 İyul 2018    
Yəməndə Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiya qüvvələri husi qiyamçılarına ağır artilleriyadan zərbələr endiriblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qarşıdurmalar Yəmənin Səudiyyə Ərəbistanı ilə sərhəd Taxtiyə bölgəsində baş verib.

Qarşıdurmalara bağlı yerli mənbələrin yaydığı məlumatda qeyd olunub ki, hücumlar koalisiya qüvvələri tərkibində fəaliyyət göstərən Birləşmiş Ərəb Əmirliyi hərbi birliyi tərəfindən həyata keçirilib.

Havadan və qurudan endirilən raket hücumları nəticəsində qiyamçıların azı 12 üzvünün zərərsizləşdirildiyi bildirilir. Nəticədə koalisiya qüvvələri bölgədə üstünlüyü yenidən ələ alıblar.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Husilər   Yəmən  

Koalisiya qüvvələrindən əməliyyat: 12 qiyamçı zərərsizləşdirilib

2018/07/345_1532067921.jpg
Oxunub: 341     14:24     20 İyul 2018    