SQQ İsrailə bir addım daha yaxınlaşıb

2018/07/maxresdefault-41_1532064849.jpg
Oxunub: 475     13:33     20 İyul 2018    
Suriya Quru Qoşunları İsraillə sərhəd Colan təpələri istiqamətində əmin şəkildə irəliləyir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Bildirilir ki, ordu qüvvələri artıq Deranın qərbindəki strateji Tal Əl-Hərrah yüksəkliklərinə nəzarəti tam olaraq ələ alıb.

Bu isə artır Suriya sərhədlərinə qısılmış müxalif qüvvələrin demək olar ki, heç bir şansının qalmadığını göstərir. Artıq ordu rəhbərliyi əraziyə çox sayda tank, zirehli döyüş maşınları, silah-sursat və canlı qüvvə toplayır.

Suriya rəsmiləri qarşıdakı günlərdə İsraillə sərhədin üsyançılardan tam olaraq azad ediləcəyini bildirib.

Qeyd edək ki, hökumət hələlik İsraillə münaqişəli Colan təpələrinə hücum edilməyəcəyini, sərhəd Küneytrə və Deranın qərb hissələrinin təhlükəsizliyi təmin edildikdən sonra buradakı hərbi qüvvələrin şimala doğru Türkiyə ilə sərhəddə yerləşən Latakiya vilayətinə gətiriləcəyini açıqlayıb.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Suriya   İsrail  

SQQ İsrailə bir addım daha yaxınlaşıb

2018/07/maxresdefault-41_1532064849.jpg
Oxunub: 476     13:33     20 İyul 2018    