ABŞ İraqdan Suriyaya keçid etməkdədir

2018/07/RTS1820J-870_1532064247.jpg
Oxunub: 453     13:23     20 İyul 2018    
ABŞ-ın İraqdakı silahlı qüvvələrinin önəmli hissəsi Suriyaya yerləşdirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə nazirinin köməkçisi Patrik Şanahan bildirib.

O qeyd edib ki, bu ana qədər ABŞ-ın İraqdakı 5200-ə qədər hərbçisinin 3500-ü Suriyaya göndərilib.

“ABŞ Suriyada İŞİD-ə qarşı mübarizə aparan koalisiya tərkibində də fəaliyyət göstərir. Lakin koalisiya bu fəaliyyətlərin müvəqqəti dayandırılmasına qərar verdikdən sonra koalisiya tərkibindəki ABŞ hərbçiləri Suriyadan çıxarıldı. Buna baxmayaraq Vaşinqtonun Suriya ilə bağlı planlarının icrasının davam etdirilməsi üçün ABŞ-ın koalisiyadan kənar İraqda yerləşdirilmiş hərbi birlikləri bu boşluğu doldurmağa başlayıb. Bu ana qədər 3500 hərbçi Suriyaya yerləşdirilib. Eyni zamanda sözügedən qüvvələrin xidmətindəki yüzlərlə texnika və silah sursat da Suriyaya gətirilib. ABŞ ordusu İŞİD və digər terror qruplaşmalarına qarşı fəaliyyətini burada davam etdirəcək”, - deyə Şanahan bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   İraq   Suriya  

ABŞ İraqdan Suriyaya keçid etməkdədir

2018/07/RTS1820J-870_1532064247.jpg
Oxunub: 454     13:23     20 İyul 2018    