ABŞ “BAE Systems” ilə olan 1,3 milyard dollarlıq müqaviləni dondurub

2018/07/received_2091983311014964_1532016048.jpeg
Oxunub: 558     00:54     20 İyul 2018    
ABŞ “BAE Systems” şirkətindən “Howitzer” toplarının alınması ilə bağlı müqavilənin keçici olaraq dayandırılmasına qərar verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb topların hazırkı standartlara kifayət qədər uyğun olmamasıdır.

Məsələ ilə bağlı Pentaqondan bildirilən açılamada qeyd olunub ki, müqavilə ilə bağlı şərtlər gözdən keçirilib, uyğun dəyişikliklər edildikdən sonra tətbiqinə yenidən başlanılacaq.

Gözlənilir ki, müqaviləyə əsasən təhvil veriləcək 155 mm-lik “Howitzer M777”nin bir öncəki nəslindən olan toplar onun ən son versiyası ilə əvəzlənəcək. Bildirilir ki, sözügedən topların ən son nəsli tərəflər arasında müqavilə imzalandıqdan 2 il sonra təqdim edilib.

Qeyd edək ki, “BAE Systems” müqavilədə nəzərdə tutulan ümumi dəyəri 1,3 milyard dollar olan 86 ədəd topun 50-sini artıq Pentaqona təhvil verib. Yeni razlığın qalan 36 topa tətbiq ediləcəyi bildirilir.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   BAE-Systems   Howtzer   Top  

ABŞ “BAE Systems” ilə olan 1,3 milyard dollarlıq müqaviləni dondurub

2018/07/received_2091983311014964_1532016048.jpeg
Oxunub: 559     00:54     20 İyul 2018    