“Boeing”in yeni F-15 qırıcıları 20-dən çox raket saxlayacaq

2018/07/received_2092039641009331_1532015930.jpeg
Oxunub: 533     01:49     20 İyul 2018    
F-15-lərin istehsalçısı “Boeing” korporasiyası qırıcıların yeni versiyasının hazırlanmasını planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, şirkətin qırıcıların yeni nəslinin istehsalında başlıca məqsədi itirilmiş bazar payını bərpa etməkdir.

Belə ki, “Lockheed Martin”in F-35A qırıcılarının qiymətini 85 milyon dollara qədər endirməsindən sonra “Boeing”in F-15-lərinə olan tələbat minimuma enib.

Buna görə də şirkət F-35 qırıcıları ilə bağlı öz planlarını kökündən dəyişmək fikrindədir. Yeni plana əsasən bundan sonra istehsal olunacaq F-15 qırıcılarına daha bir neçə raket daşıyıcı asqılar əlavə ediləcək. Belə ki, ənənəvi olaraq qırıcının gövdə hissəsində 1 ədəd 4 raket saxlaya bilən toplu raket asqısı olurdu. Yeni qırıcıların isə hər iki qoluna iki ədəd toplu raket asqısı əlavə ediləcək ki, bu asqıların hərəsində də 4 raket daşınacaq. Beləliklə daha öncə olan 4 raketə 8 ədəd sağ qolda, bir o qədər də sol qoldakı raketlər əlavə edilərək ümumi raket sayı 4-dən 20-ə çıxarılacaq.

Qeyd edək ki, şirkət eyni zamanda təyyarələrin qiyməti ilə bağlı strategiyasına da yenidən göz gəzdirməyi planlaşdırır.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Boeing   F-15   Modernizasiya  

“Boeing”in yeni F-15 qırıcıları 20-dən çox raket saxlayacaq

2018/07/received_2092039641009331_1532015930.jpeg
Oxunub: 534     01:49     20 İyul 2018    