Ermənilər cəbhəboyu kəndləri tərk etməyə başlayıblar

2018/07/armenia-emigration-airport_0_1532005718.jpg
Oxunub: 2000     17:07     19 İyul 2018    
Ermənistan hərbi siyasi rejiminin Azərbaycanın guya cəbhəboyu zonaya qoşun toplaması, aktiv döyüş əməliyyatlarına hazırlaşması barədə saldığı hay-küy öz bəhrəsini verib, ancaq bumeranq effekti ilə.

Ordu.az xəbər verir ki, düşmən ordusu tərəfindən işğal olunmuş ərazilərimizdə, əsasən də cəbhəboyu zonaya yaxın məskunlaşan ermənilər evlərini tərk etməyə başlayıblar.

Ağdərə rayonu ərazisində polis sahə müvvəkili kimi xidməti edən Lernik Hambartsumyan bu barədə danışaraq bildirib ki, faktın gizlədilməsinə və rəsmi açıqlama verilməməsinə baxmayaraq, əhali ön xəttə yaxın yerləşən kəndləri tərk etməyə başlayıb.

Onun sözlərinə görə, yaradılan bütün süni manelərə baxmayaraq, döyüşlərin başlamasından qorxuya düşən əhali fürsətdən istifadə edərək buradan uzaqlaşır. Rüşvətxorluq və saxtakarlıq isə bu axının daha da surətlə getməsinə əlavə təkan verir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Azərbaycan   Dağlıq-Qarabağ  

Xəbər lenti

Ermənilər cəbhəboyu kəndləri tərk etməyə başlayıblar

2018/07/armenia-emigration-airport_0_1532005718.jpg
Oxunub: 2001     17:07     19 İyul 2018    