Əfqanıstanda “Taliban”dan boş qalan mövqeləri İŞİD ələ keçirə bilər

2018/07/Afghanistan-Parlaimant-_1532005613.jpg
Oxunub: 484     20:59     19 İyul 2018    
Əfqanıstan Parlamentinin nümayəndələri hökuməti İŞİD təhlükəsinin getdikcə daha da güclənə biləcəyi ilə bağlı xəbərdar ediblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə müzakirələr Əfqanıstan Parlamentinin bugünkü iclasında aparılıb.

Çıxış edən bir çox millət vəkili ordunun “Taliban” qiyamçılarına qarşı apardığı əməliyyatlara təriflər yağdırsalar da, bu uğurların başqa təhlükələri ərsəyə gətirə biləcəyini vurğulayıblar.

Qeyd olunub ki, hazırda İŞİD terror qruplaşması Suriya və İraqda itirdiyi mövqeləri Əfqanıstanda bərpa etməyə çalışır. Millət vəkilləri hökumətin ehtiyatsızlığa yol verəcəyi təqdirdə Əfqanıstanda “Taliban” qiyamçılarından azad edilən ərazilərə sözügedən terror qruplaşmasının yerləşə biləcəyini bildiriblər.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Əfqanıstan   Taliban   İŞİD  

Əfqanıstanda “Taliban”dan boş qalan mövqeləri İŞİD ələ keçirə bilər

2018/07/Afghanistan-Parlaimant-_1532005613.jpg
Oxunub: 485     20:59     19 İyul 2018    