Hindistan ABŞ istehsalı M777 toplarının sınağını keçirib

2018/07/37342696_2091138624432766_8469340495967944704_n_1531927228.jpg
Oxunub: 2214     23:23     18 İyul 2018    
Hindistan Müdafiə Nazirliyi ordunun xidmətinə 4 ədəd yeni top təhvil verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Hindistan hərbi mənbələrindən bildirilib.

Qeyd olunub ki, rəhbərlik ordu üçün ABŞ istehsalı olan 4 ədəd yüngül çəkili “M777 Haubitsa” topu alıb.

Silahların daha öncə adı çəkilməyən istehsalçı ABŞ şirkəti tərəfindən sınaqları keçirilsə də, bu gün səhər Hindistan ordusu silahların təkrar yoxlanışını həyata keçirib.

39 kalibrli mərmilərlə edilən 100-150 arası atəşdən sonra silahın istifadəyə tam hazır vəziyyətdə olduğuna qərar verilib.

Bildirilib ki, 4218 kiloqram ağırlığındakı topun zərbə radiusu 25 kilometrdir. Həmçinin o, da əlavə edilib ki, alınan 4 ədəd top hələlik sınaq məqsədi daşıyır. Silahların istifadəsinin uğurlu olacağı təqdirdə, topların geniş seriyalı alışı planlaşdırılır.

Qeyd edək ki, 2016-cı ildə Hindistan Britaniyanın “BAE Systems” şirkətindən ümumi dəyəri 750 milyon dollar olan 145 ədəd “M777 Haubitsa” topu almışdı.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər:

Hindistan ABŞ istehsalı M777 toplarının sınağını keçirib

2018/07/37342696_2091138624432766_8469340495967944704_n_1531927228.jpg
Oxunub: 2215     23:23     18 İyul 2018    