Elçin Quliyev qəhrəman çavuşu medalla təltif etdi – FOTO

2018/07/DSX_5577_3063812646.jpg
Oxunub: 4371     17:28     18 İyul 2018    
2018-ci ilin 21 iyun tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısını alarkən silahlı sərhəd pozucuları ilə atışmada baş çavuş Kurupov Ramazan Məmməd oğlu çoxsaylı güllə yaraları almış və təcili əməliyyat olunaraq həyatı xilas edilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Ordu.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının həkimlərinin ciddi səyləri və peşəkarlığı nəticəsində baş çavuş R.Kurupovun sağlamlığı qısa müddət ərzində bərpa edilmişdir və hazırda onun tibbi reabilitasiya prosedurlarına cəlb edilməsi planlaşdırılır. Müalicə tədbirləri yekunlaşdıqdan sonra baş çavuş R.Kurupovun Silahlı Qüvvələrin ehtiyatına buraxılması nəzərdə tutulub.

2018-ci ilin iyul ayının 17-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev baş çavuş R.Kurupovla görüşmüş və “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalını ona təqdim edib.

Görüş zamanı general-polkovnik Elçin Quliyev öz həyatını təhlükə altına qoyaraq dövlət sərhədinin pozulmasına imkan vermədiyinə görə baş çavuş R.Kurupova minnətdarlığını bildirmiş və onun şücaətinin hər bir Azərbaycan sərhədçisi üçün nümunə olmasını qeyd edib.

Ordu.az

Teqlər: DSX   Elçin-Quliyev   Medal  

Elçin Quliyev qəhrəman çavuşu medalla təltif etdi – FOTO

2018/07/DSX_5577_3063812646.jpg
Oxunub: 4372     17:28     18 İyul 2018    