Putin: "Rusiya və ABŞ terrorla mübarizədə əməkdaşlıq edəcək"

2018/07/Снимок_1531807044.png
Oxunub: 397     09:44     17 İyul 2018    
Rusiya və ABŞ prezidentləri ötən gün baş tutan sammitdə terror təhlükəsinin aradan qaldırılması üçün əməkdaşlıq göstərməyə qərar veriblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Rusiya prezidenti Vladimir Putin bildirib.

O qeyd edib ki, tərəflər məsələ ilə bağlı uzun müddətdir müzakirələr aparırlar. Ötən gün həyata keçirilən görüş isə probleminin üz-üzə müzakirəsinə imkan yaradıb.

“Fikrimcə, istənilən qlobal problemin həlli ABŞ və Rusiyanın əməkdaşlığından keçir. Terror da bura daxildir. Əgər biz daha sakit və firavan dünya arzulayırıqsa, terror təhlükəsinin aradan qaldırılmasını istəyiriksə, onda qarşılıqlı olaraq əməkdaşlıq aparmalıyıq. Ötən gün baş tutan sammitin gündəmində yer alan mövzulardan biri də məhz bu məsələ idi. Biz Vaşinqton və Moskvanın terrorla mübarizədə əməkdaşlığına ehtiyac olduğunu qeyd etdik. Buna görə də bu əməkdaşlığı həyata keçirməyə razılıq verdik”, - deyə Putin qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Rusiya   Terrorla-Mübarizə  

Xəbər lenti

Putin: "Rusiya və ABŞ terrorla mübarizədə əməkdaşlıq edəcək"

2018/07/Снимок_1531807044.png
Oxunub: 398     09:44     17 İyul 2018    