Suriya ordusu Deranın 90 faizini azad edib

2018/07/13960627001825_PhotoI_1531739794.jpg
Oxunub: 332     15:12     16 İyul 2018    
Suriya ordusu Deranın müxtəlif hissələrində paralel şəkildə həm terrorçulara, həm də üsyançılara qarşı əməliyyatlarını davam etdirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Suriya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ordu bölgənin cənub-qərbində Kəfr-Şəms və Um Əl-Əfsəc, şimalında Zəmrin və Qabaqib, şimal-qərbində isə Zəlin şəhərlərində geniş miqyaslı əməliyyatlar həyata keçirir.

Son günlərdə havadan və qurudan bölgədəki İŞİD və “Hayat-Təhrir-Əş-Şam” terror qruplaşmalarına, həmçinin üsyançılara qarşı endirilən raket zərbələri nəticəsində Deranın daha bir neçə şəhəri azad edilib.

Yerli mənbələrin bildirdiyi məlumata görə sadəcə bir neçə kiçik şəhəri çıxmaqla ordu qüvvələri Derada nəzarəti tam olaraq ələ alıb. Hökumətdən bildirilən açıqlamada isə Deranın 90 faizinin azad edildiyi bildirilib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Suriya   İŞİD   Terrola-Mübarizə  

Xəbər lenti

Suriya ordusu Deranın 90 faizini azad edib

2018/07/13960627001825_PhotoI_1531739794.jpg
Oxunub: 333     15:12     16 İyul 2018    