“Fluor Marine” Pentaqonun 1,2 milyard dollarlıq tenderinin qalibi olub

2018/07/gettyimages-666333580-1525807056_1531590056.jpg
Oxunub: 704     02:27     15 İyul 2018    
Pentaqon ilə “Fluor Marine Propulsion” şirkəti arasında Donanma Nüvə Laboratoriyasında modernizasiya işləri üçün müqavilə imzalanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlama Pentaqondan bildirilib.

Qeyd olunub ki, 11 iyul tarixində donanmanın sahib olduğu nüvə laboratoriyasında modernizasiya işlərinin aparılması üçün şirkətlə müqavilə imzalanıb.

Bildirilir ki, 7000 elmi araşdırmaçının işlədiyi laboratoriyanın donanmanın istifadəsində olan aviadaşıyıcıların və sualtı döyüş gəmilərinin nüvə reaktorları ilə təmin edilməsi üçün işlərin aparıldığı bölməsində yenidənqurma işləri aparılacaq.

Qeyd edək ki, layihənin ümumi dəyəri 1 milyard 200 milyon dollardır.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Pentaqon   Fluor-Marine-Propulsion  

“Fluor Marine” Pentaqonun 1,2 milyard dollarlıq tenderinin qalibi olub

2018/07/gettyimages-666333580-1525807056_1531590056.jpg
Oxunub: 705     02:27     15 İyul 2018    