ABŞ-ın stels gəmisinin modernizasiyaya ehtiyacı var

2018/07/received_2087386804807948_1531585238.jpeg
Oxunub: 505     00:17     15 İyul 2018    
ABŞ-ın stels texnologiyaya sahib döyüş gəmisinin əsas mühərikklərində problem ortaya çıxıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ Donanmasından bildirilib.

Qeyd olunub ki, "Zumwalt" sinifli “Michael Mansooor” döyüş gəmisinin həyata keçirdiyi təlimlər zamanı onun generatorlarını aktivləşdirən başlıca mühərikklərində problemlər olduğu ortaya çıxıb.

Buna görə də gəminin turbinli mühərikklərinin qısa zamanda dəyişdirilməsi üçün bir sıra şirkətlərlə danışıqlara başlanılıb.

Donanma rəhbərliyi gəminin modernizasiya işlərinin 2019-cu ilin əvvəlində başladılmasını və 2020-ci ilin sonuncu rübünə kimi yekunlaşdırılmasını planlaşdırır.

Qeyd edək ki, SM-1, SM-2 və SM-6 hücum raketləri ilə təchiz olunan sözügedən gəmi ABŞ donanmasının xidmətindəki ən güclü döyüş gəmilərindən hesab olunur.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Stels-gəmi   modernizasiya  

ABŞ-ın stels gəmisinin modernizasiyaya ehtiyacı var

2018/07/received_2087386804807948_1531585238.jpeg
Oxunub: 506     00:17     15 İyul 2018    