Uşakov: "Tramp-Putin sammitinin əsas mövzusu Suriya olacaq"

2018/07/Trump-and-Putin-917x516_1531549446.jpg
Oxunub: 817     14:35     14 İyul 2018    
Rusiya prezidentinin müşaviri Yuri Uşakov Donald Trampla Vladimir Putin arasında keçiriləcək ikitərəfli görüşlə bağlı açıqlama verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Uşakov görüşdən konkret nəticənin əldə edilməsinə ehtimalların az olduğunu bildirib.

“Müəyyən mövzularda irəliləyiş əldə edilə bilər. Məsələn Koreya yarımadasındakı vəziyyətlə bağlı tərəflər ortaq razılığa gələ bilərlər. Lakin Ukrayna və Suriya mövzularında, İranın nüvə məsələsində hər hansısa ciddi bir irəliləyiş gözləmək sadəlövhlük olardı. Qeyd etməliyəm ki, sammitdə üzərində dayanılacaq əsas mövzu Suriya böhranı olacaq”, - deyə məsləhətçi vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Rusiya   Suriya  

Uşakov: "Tramp-Putin sammitinin əsas mövzusu Suriya olacaq"

2018/07/Trump-and-Putin-917x516_1531549446.jpg
Oxunub: 818     14:35     14 İyul 2018    