Ermənistanda hərbi qulluqçulara verilən mükafatlar mənimsənilib

2018/07/Снимок_1531502388.png
Oxunub: 718     01:19     14 İyul 2018    
Ermənistan Müdafiə Nazirliyinə məxsus "N" nömrəli hərbi hissə komandirinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəmə faktı üzrə MTX tərəfindən qaldırılan cinayət işi 28 iyun 2018-ci ildə Ermənistan istintaq orqanı tərəfindən icraata qəbul edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, polis günü münasibətilə Ermənistan polis orqanlarının "N" nömrəli hərbi hissənin şəxsi heyəti 1 əmək haqqı miqdarında mükafatlandırılmalı idi.

Bunu bilən hərbi hissə komandiri maliyyə xidməti rəisinə 8 gizir hərbi qulluqçuya 93.000 dram həcmində mükafat yazılmasına göstəriş verib.

Mükafatlar erməni hərbi qulluqçularına ayrıldıqdan sonra hərbi hissə komandiri sürücüsünə göstəriş verərək, mükafat alan hərbi qulluqçuların hər birindən yanlışlıq baş verdiyini və 41.000 mükafat almalı olduqlarını əsas gətirərək, 52.000 dram geri toplamağı tapşırıb. Sürücü tapşırığa əməl edərək, ümumi məbləğı 416.000 olan vəsaiti toplayaraq ona verib.

Nəticədə iyulun 12-də hərbi hissə komandiri polkovnik rütbəli hərbi qulluqçuya qarşı yaşayış yerini tərketməmə barədə qərar qəbul edilib və törətdiyi xuliqanlıq əməlinə görə ifadəsi alınıb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-Ordusu   Korrupsiya   Cinayət-İşi  

Ermənistanda hərbi qulluqçulara verilən mükafatlar mənimsənilib

2018/07/Снимок_1531502388.png
Oxunub: 719     01:19     14 İyul 2018    