Slovakiya “Lockheed”dən F-16-lar alacaq

2018/07/37048512_2194947024070955_8648039963302035456_n_1531497024.jpg
Oxunub: 555     23:49     13 İyul 2018    
Slovakiya “Lockheed Martin” kompaniyasından 14 ədəd F-16 “Block 70” təyyarəsi almağı planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Slovakiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təyyarələrin alınması üçün təqribən 2,91 milyard dollar vəsait ayrılacaq. Bu təyyarələrin alınması Slovakiya HHQ-nin inventarında olan “Mikoyan” MiQ-29-ları əvəzləmək məqsədi daşıyır.

Nazirlik bildirib ki, artıq sözügedən təyyarələrin satışına dair Xarici Hərbi Satış paketini ABŞ Dövlət Departamenti bu ilin aprel ayında təsdiqləyib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Slovakiya   Lockheed-Martin   F-16  

Slovakiya “Lockheed”dən F-16-lar alacaq

2018/07/37048512_2194947024070955_8648039963302035456_n_1531497024.jpg
Oxunub: 556     23:49     13 İyul 2018    