Postancyandan Paşinyana: "Oğlunun hərbi xidmətə getməsini reklama çevirib"

2018/07/32432_1531378869_1531489619.jpg
Oxunub: 403     17:46     13 İyul 2018    
Z. Postancyan əsgər valideynlərini postlarda görüşə çağırdı.

Ordu.az xəbər verir ki, Ermənistanın “İrs” Partiyasından olan deputatı Zaruhi Postancyan Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən erməni postlarına buraxılmayıb.

Ona, Müdafiə naziri Davit Tonoyanın əmri ilə postlara daxil olmağa icazə verilmədiyi bildirilib. Bu barədə Ermənistan sosial şəbəkələrində məlumat yayan Zaruhi Postancyan Baş nazir Nikol Paşinyanı və Müdafiə naziri D.Tonoyanı sərt ittiham edərək, postlardakı real vəziyyəti görməyə imkan vermədikləri üçün qanun qarşısında cavab verəcəklərini bildirib.

“Keçmiş silahdaşım Paşinyan elə düşünür ki, əsgər oğlunun vəziyyətini araşdırmaq üçün burdayam, lakin zənn etmirəm ki, mən görmək istədiyim çətin şəraitli postlarda onu görə biləcəm. Oğlunun hərbi xidmətə getməsini reklama çevirib, teleşou yaradaraq ölkənin bütün TV və sosial şəbəkələrdə yayımladan Paşinyanın məqsədi, ordunun generallarından tutumuş əsgərinə qədər hər kəsi öz təsiri altında saxlamaqdır. Paşinyan, həmçinin bu addımı ilə oğlunu hər kəsə tanıtmaqla xidmət boyu onun təhlükəsizliyini təminat altına almış oldu”, - deyə Postancyan qeyd edib.

Postlara baş çəkməsinin əsas məqsədini açıqlayan Zahuri əsgərlərin şəraiti ilə maraqlanmaq üçün burdaya olduğunu bildirib və nə üçün posta daxil olmağa icazə verilmədiyini anlamadığını vurğulayıb.

"Postlardakı əsgərlərin real vəziyyəti o qədər acınacaqlıdırmı ki, Müdafiə Nazirliyi erməni xalqının bunu bilməsini istəmir”, - deyə millət vəkili sual edib.

Z.Postancyan ona əsgərlərin vəziyyəti barədə məlumat almağa icazə verilmədiyi təqdirdə Ermənistan Müdafiə Nazirliyinin qanuna zidd hərəkətləri barədə xalqa müraciət edəcəyini və əsgər analarını postlarda görüşə çağıracağını bildirib.

Postancyan, həmçinin D.Tonoyanın postlarda çəkilişlərdən narahat olmaqdansa ölkə mətbuatında xarici xüsusi xidmət orqanlarına agentlik etməsi barədə yayılan fikirlərə aydınlıq gətirməli olduğunu bildirib.

Qeyd edək ki, Ermənistanın keçmiş Müdafiə Naziri deputat Vigen Sarkisyan da dünən parlamentdə Ermənistanın seçki kodeksinə ediləcək dəyişikliklərlə bağlı komissiyanın işini tənqid edərək Paşinyan hakimiyyətinin xarici güclərin diqtəsi ilə idarə olunduğunu bildirib.

Ordu.az

Teqlər: Postancyan   Paşinyan   Ermənistan  

Xəbər lenti

Postancyandan Paşinyana: "Oğlunun hərbi xidmətə getməsini reklama çevirib"

2018/07/32432_1531378869_1531489619.jpg
Oxunub: 406     17:46     13 İyul 2018    