Rusiyanın 1-ci dərəcəli dövlət müşaviri: "Qarabağda müharibə qışadək baş verəcək"

2018/07/534_1528890597_1531420857.jpg
Oxunub: 18000     02:30     13 İyul 2018    
"Yaxşı, Sarkisyan administrasiyası eyni şeyi edirdi, onun hakimiyyətini iflasa uğratdınız və eyni şeyi təkrar edirsiniz. Bu halda niyə əvvəlki rejimi dağıtdınız".

"Azərbaycan müharibəyə daim hazırlaşıb. İstənilən inqilab ölkəni zəiflədir, bu inqilabda Azərbaycan özü iddia etdiyi kimi iştirak edib".

Ordu.az xəbər verir ki, bunu erməni mətbuatına müsahibəsində Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri, “Regnum” agentliyinin baş redaktoru, siyasi politoloq Modest Kolerov bildirib.

- Cəbhə xəttində və Naxçıvan istiqamətində baş verənlər, təlimlər, mövqelərin yerdəyişməsi, hərbi texnikanın cəmləşməsi, hərbi ritorika, fasiləsiz olaraq müharibə barədə danışıqlar və yaranmış vəziyyətə Kolerov bu şəkildə cavab verib.

- Mən birbaşa deyə bilərəm ki, Azərbaycan müharibəyə hazırlaşır. Azərbaycanın müharibəyə hazırlaşdığı bir vəziyyətdə Mnatsakanyanın bəyanatı qalmaqallı, qeyri-adekvat və qəbulolunmazdır. Bu onu göstəriri ki, yeni heç nə baş vermir, 2016-cı ilin aprel ayında müharibə olmadığını əks etdirir. Yaxşı Sarkisyan administrasiyası eyni şeyi edirdi, onun hakimiyyətini iflasa uğratdınız və eyni şeyi təkrar edirsiniz. Bu halda niyə əvvəlki rejimi dağıtdınız. Biz Moskvada oturub başa düşə bilmirik. Bizdə suallar yaranır. Siz dəqiqləşdirib müəyyən edin, görək sizin rəhbəriniz kimdir, baş nazir ya xarici işlər naziri, biz isə sonra şərh edərik. Təkrar müharibəyə gəldikdə isə müharibəyə hazırlıq gedir, müharibə qabağı Mnatsakanyanın verdiyi bu cür bəyanatları kapitulyasiya, baş nazirin bəyanatlarını isə adekvat addım adlandırmaq olar.

- Sizin fikrinicə, niyə məhz indi Azərbaycan fəal şəkildə müharibəyə hazırlaşmağa başlayıb?

- Azərbaycan müharibəyə daim hazırlaşıb. İstənilən inqilab ölkəni zəiflədir, bu inqilabda Azərbaycan özü iddia etdiyi kimi iştirak edib.

- İnqilabda necə iştirak etmək mümkündür?

- Məhz belə mümkündür, Əliyev bu cür bəyanat verdi, ancaq heç kim onu təkzib etmədi.

- Amma Əliyev başqa bəyanatlar da verir, bunu heç kim ciddi qəbul etmir.

- Bəli, çox bəyanatlar verir, ancaq hazırda Ermənistanda qarışıq bir dönəmdir, Azərbaycan üçün öz oyun qaydalarını biruzə verməyə məqamdır. Xarici işlər naziri prinsipial mövqe tutmaq, Nikol Paşinyanın mövqeyini təsdiqləmək əvəzinə geri çəkilir, bununla da Ermənistanın geri çəkildiyini düşünənlərin fikrini təsdiq edərək, onlara yardım edir. Azərbaycan geri çəkilən Ermənistanı görür, məhz buna görə də hücum edəcək.

- Sizin fikrinicə bu nə zaman baş verəcək?

- Qışadək.

- Rusiyanın bölgədəki təsirini və münaqişə tərəfləri ilə münasibətlərini nəzərə alaraq, Rusiyanın mövqeyi önəm daşıyır. İndiki mərhələdə bu mövqe necə olacaq?

- Rusiyanın mövqeyi dəfələrlə təsdiqlənib, bütün hərbi əməliyyatlar qəti şəkildə qadağan olunur, heç bir müharibə olmamalıdır.

- Rusiyanın ixtiyarı olmadan Azərbaycan müharibəyə başlaya bilməz deyə bir fikir mövcuddur. Hazırda buna Rusiyanın icazə verməsi ehtimal olunur?

- Bəs, 2016-cı ilin aprel ayında Azərbaycan Rusiyadan icazə almışdı? Düşünürəm ki, xeyr. Azərbaycana icazə zəruri deyil.

- Mnatsakanyan və Məmmədyarovovun Brüssel danışıqlarından hansı nəticələri gözləmək olar?

- İlk növbədə bu danışıqlar deyil, konsultasiyadır. Heç bir şey gözləmirəm, bu dialoqun qorunub saxlanmasından başqa bir şey deyil.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Qarabağ   Müharibə  

Rusiyanın 1-ci dərəcəli dövlət müşaviri: "Qarabağda müharibə qışadək baş verəcək"

2018/07/534_1528890597_1531420857.jpg
Oxunub: 18001     02:30     13 İyul 2018    