Son 24 saatda 200-ə qədər “Taliban”çı zərərsizləşdirilib - HESABAT

2018/07/thumbs_b_c_a7e39af9ceed71cc2f7d32e7fb01b995_1531405007.jpg
Oxunub: 635     18:40     12 İyul 2018    
Əfqanıstan Müdafiə Nazirliyi ötün gün axşamdan etibarən intensivləşən qarşıdurmaların nəticələrini elan edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qarşıdurmalar ölkənin Nanqarhar, Kunar, Pərvan, Qəzni, Badqiş, Uruzqan, Hilmənd, Əhməd-Aba, Zurmat və s. bölgələrində baş verib.

Əfqanıstan Müdafiə Nazirliyinin açıqladığı hesabatda qeyd olunub ki, sadəcə Əhməd-Aba və Zurmat bölgələrində baş verən irimiqyaslı qarşıdurmalarda 81 “Taliban” yaraqlısı məhv edilib. Eyni zamanda ordunun 8 üzvü həlak olub.

Digər bölgələrdəki qarşıdurmalar zamanı isə 118 qiyamçı zərərsizləşdirilsə də, ordu qüvvələri 50-dən çox itki verib.

Qeyd olunub ki, ümumilikdə son 24 saat ərzində 199 “Taliban” üzvü öldürülüb, 200-dən çoxu yaralanıb. Zərərsizləşdirilən qiyamçılar arasında qruplaşma üçün əhəmiyyətli bir neçə şəxs də var. Həmçinin ordunun bu qarşıdurmalarda 70-ə qədər üzvü həlak olub, daha 50-yə qədəri isə yaralanıb.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Əfqanıstan   Taliban   Hesabat  

Xəbər lenti

Son 24 saatda 200-ə qədər “Taliban”çı zərərsizləşdirilib - HESABAT

2018/07/thumbs_b_c_a7e39af9ceed71cc2f7d32e7fb01b995_1531405007.jpg
Oxunub: 638     18:40     12 İyul 2018    