Hindistan "BrahMos" raketini nüvələşdirəcəkmi?

2018/07/brahmos_650x400_81493840841_1531403591.jpg
Oxunub: 494     01:13     13 İyul 2018    
2000-ci ilin əvvəllərindən etibarən “BrahMos” raket sistemi Hindistanın hərbi arsenalını yüksək səviyyəyə qaldırıb. Hindistan və Rusiyanın ortaq məhsulu olan bu silah Hindistana Max 2,8-3 sürəti ilə 300-400 kilometr məsafəyə partlayıcı maddə daşıma imkanı verir.

Ordu.az “The Diplomat”a istinadən xəbər verir ki, Hindistanın hazırkı inventarında qurudan, havadan, suüstü və sualtı gəmidən atılan “BrahMos” raketləri var.

Son dövrlərdə Çinin öz silahlarını texnoloji cəhətdən təkmilləşdirməsi və xüsusilə onlara nüvə başlığı daşıma imkanının təmin edilməsi nəzərə alınarsa, Hindistanın da bu strategiyanı tətbiq edəcəyini gözləmək olar.

Ekspertlər Hindistanın “BrahMos” raketini təkmilləşdirmə cəhdlərinin səbəbinin Çinlə apardığı nüvə yarışı olduğunu düşünürlər. Çinin nüvə doktrinası “İlk İstifadə Etmə” adlansa da, o ballistik raketdən müdafiə sahəsində əhəmiyyətli dərəcədə böyük vəsait xərcləyir.

Bu baxımdan Hindistanın Çini çəkindirmək üçün onun raket qalxanını dəlmə gücünə malik nüvə imkanlı “BrahMos” raket sistemlərini təkmilləşdirə biləcəyi ehtimalları səsləndirilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Hindistan   Çin   BrahMos  

Hindistan "BrahMos" raketini nüvələşdirəcəkmi?

2018/07/brahmos_650x400_81493840841_1531403591.jpg
Oxunub: 495     01:13     13 İyul 2018    