Çinin yeni kvant radarı stels təyyarələri aşkarlaya bilər

2018/07/jet-709093_1531402516.jpg
Oxunub: 1722     00:29     13 İyul 2018    
Çinin ən böyük hərbi elektron texnologiyalar kompaniyası olan “China Electronics Technology Group Corporation” (CETC) yeni kvant radar ərsəyə gətirdiyini elan edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, CETC bu radarın stels təyyarələri təsbit edə bildiyini iddia edir.

Kompaniyanın məlumatına görə, bu sistem çox yüksəkdən uçan obyektləri izləmək qabiliyyətinə malikdir. O, yeni radarın yuxarı atmosfer və ondan yüksəkdəki obyektləri izləmək üçün stratosferdə istifadə ediləcəyini düşünür.

Ənənəvi radarlar sadəcə radio dalğaların əks etdirilməsi ilə tədbirlər görürsə, yeni kvant radarı bunun üçün bir-birinə dolaşmış fotonlardan istifadə edir. Mikrodalğa siqnal şüası optik boşluq şüası ilə qarışdırılır.

Mikrodalğa şüasının bir-birinə dolaşmış fotonları hədəf obyektdən çıxaraq kvant radarına geri qayıdır. Sistem onu optik boşluq şüası ilə müqayisə edir. Nəticədə təsbit edilən obyektin mövqeyi, məkanı, sürəti, istiqaməti və digər xüsusiyyətləri aşkarlanır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Çin   Kvant-radar   Stels-təyyarə  

Çinin yeni kvant radarı stels təyyarələri aşkarlaya bilər

2018/07/jet-709093_1531402516.jpg
Oxunub: 1723     00:29     13 İyul 2018    