ABŞ donanması “Harpoon” raketlərini geri qaytarır

2018/07/140324-N-OB870-004-Harpoon-DDG-56-Guam_1531402042.jpg
Oxunub: 2083     23:16     12 İyul 2018    
ABŞ donanmasının yüksək sürətli atom sualtı hücum gəmisi Havay yaxınlığında keçirilən RIMPAC təlimlərində UGM-84 “Harpoon” gəmi əleyhinə raketlərdən atəş tapşırıqlarını yerinə yetirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, məsələnin maraqlı tərəfi bundan ibarətdir ki, “Harpoon” raketləri hələ 20 il öncə ABŞ-ın sualtı gəmilərinin silahlanmasından çıxarılsa da, onun malik olduğu xüsusiyyətlərə yenidən donanmada zərurət yaranıb.

ABŞ donanması UGM-84 raketlərinin “Los Angeles” sinifli yüksək sürətli “USS Olympia” atom sualtı hücum gəmisinə quraşdırıldığını bildirib. “Olympia” ABŞ-ın sürətli hücum donanmasının ikinci ən yaşlı atom sualtı gəmisidir. O, 1984-cü ildə istifadəyə verilib.

Uzun müddətdir ki, ABŞ-ın sualtı gəmiləri gəmi əleyhinə müharibələrdə torpedolardan istifadə etsə də, artıq “Harpoon” raketlərinin geri qaytarılmasına dair söz-söhbətlər geniş yayılmaqdadır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Harpoon   Raket  

ABŞ donanması “Harpoon” raketlərini geri qaytarır

2018/07/140324-N-OB870-004-Harpoon-DDG-56-Guam_1531402042.jpg
Oxunub: 2084     23:16     12 İyul 2018    