Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, NATO Baş katibi Gürcüstanla əlaqələrin hər ötən gün daha da irəlilədildiyni bildirib.
O qeyd edib ki, hazırda müttəfiqlər Gürcüstanın alyansa üzvlüyündə olduqca maraqlıdırlar.
“NATO-ya üzv ölkələrin liderləri Gürcüstanın alyansa üzvlüyü üçün səylərini əsirgəmirlər. Gürcüstan-NATO komissiyasının birinci iclasından bu yana keçən on ildə ikitərəfli əməkdaşlıqda ciddi nailiyyətlər əldə etmişik. Ötən gün üzv dövlətlərin başçılarının sərgilədiyi mövqe onu göstərdi ki, Gürcüstan NATO üzvü olacaq. NATO və Tbilisi Gürcüstanın alyansa üzvlyü üçün bundan sonra da əməkdaşlıqlarını davam etdirəcək”,- deyə Stoltenberq vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az