Əfqanıstan ordusu ilə “Taliban” arasında qarşıdurma: 80 ölü

2018/07/Снимок_1531390897.png
Oxunub: 206     14:39     12 İyul 2018    
Əfqanıstanda “Taliban” qiyamçıları ordu qüvvələrinə hücum edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qarşıdurma ölkənin Kunduz bölgəsində baş verib.

Hadisə ilə bağlı Kunduz əyalət şurasının sədri Məhəmməd Yusif Əyyubinin bildirdiyi açıqlamada qeyd olunub ki, qiyamçılar təhlükəsizlik qüvvələrinin bölgədəki mərkəzinə hücum edib.

Hücum nəticəsində 30 hərbçi həlak olub, daha 10-u isə yaralanıb.

Ordu qüvvələrinin ciddi müqaviməti sayəsində “Taliban” qruplaşmasının 50 yaraqlısı zərərsizləşdirilib. Buna baxmayaraq qiyamçılar orduya məxsus bazanı ələ keçirməyə nail olublar.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Əfqanıstan   Taliban  

Xəbər lenti

Əfqanıstan ordusu ilə “Taliban” arasında qarşıdurma: 80 ölü

2018/07/Снимок_1531390897.png
Oxunub: 209     14:39     12 İyul 2018    