Polşa NATO-nun “Dörd Otuzlar” planına dəstəyini artıracaq

2018/07/Безымянный_1531391326.jpg
Oxunub: 356     18:29     12 İyul 2018    
Polşa NATO-nun Avropadakı qoşunların döyüş hazırlığını gücləndirmə planlarına öz töhfələrini artıracaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Polşanın Müdafiə naziri Mariusz Blasçak bəyan edib.

O bildirib ki, NATO-nun “Dörd Otuzlar” Avropa Hazırlıq Təşəbbüsü çox əhəmiyyətli layihədir və böhranlı vəziyyətə effektiv cavabın verilməsinə zəmanət xarakteri daşıyır.

“Buna görə də, biz müttəfiqlərimizi dəstəkləməkdə aktivlik göstəririk çünki, onlardan həmrəylik gözləyirik”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, NATO-nun sözügedən planına əsasən alyans 2020-ci ilə qədər 30 qoşun batalyonu, 30 aviaeskadrilya və 30 döyüş gəmisinin 30 gün və ya daha az müddət ərzində döyüşə hazır vəziyyətə gətirilməsi imkanına malik olmalıdır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: NATO   Avropa   Polşa  

Polşa NATO-nun “Dörd Otuzlar” planına dəstəyini artıracaq

2018/07/Безымянный_1531391326.jpg
Oxunub: 357     18:29     12 İyul 2018    