“Tramp-Putin sammiti NATO-Rusiya münaqişəsi riskini azaltmalıdır” – Mey

2018/07/trump-putin-meeting-lower-risk-of-conflict-with-nato_1531390531.jpg
Oxunub: 207     14:16     12 İyul 2018    
ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında iyulun 16-na planlaşdırılan görüş NATO ilə Rusiya arasında potensial münaqişə riskini azaltmalıdır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Birləşmiş Krallığın Baş naziri Tereza Mey bəyan edib.

Mey sözügedən sammitin keçiriləcəyi xəbərindən məmnunluğunu dilə gətirib. O bildirib ki, ABŞ və Rusiya arasında kommunikasiya kanallarının açıq olması konfrontasiya riskini azaltmaq baxımından açar əhəmiyyətə malikdir.

NATO-nun ÜDM-nin 2%-nə bərabər müdafiə büdcəsi tələbinə də toxunan Mey Britaniyanın bu tələbi qarşılayan bir neçə dövlətdən biri olduğunu xatırladıb və hərbi xərclərin bundan sonra da artırılacağını qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Britaniya   ABŞ   Rusiya   NATO  

Xəbər lenti

“Tramp-Putin sammiti NATO-Rusiya münaqişəsi riskini azaltmalıdır” – Mey

2018/07/trump-putin-meeting-lower-risk-of-conflict-with-nato_1531390531.jpg
Oxunub: 210     14:16     12 İyul 2018    