Rusiya Suriyada üsyançıları tərk-silah edir

2018/07/Russian-MP_1531385341.jpg
Oxunub: 404     16:52     12 İyul 2018    
Rusiya hərbi qüvvələri Suriyanın Dera bölgəsinin qərbində yerləşən Təfas şəhərinə daxil olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu addım 3 gün öncə Rusiya Koordinasiya Mərkəzi ilə Suriya müxalif qüvvələri arasında əldə edilən razılığın praktiki mərhələsini təşkil edir.

Belə ki, Rusiya hərbi polis qüvvələri Deranın Təfas şəhərinə daxil olaraq buradakı müxalif qüvvələrin sahib olduğu orta və ağır silahları müsadirə edəcək.

Qeyd edək ki, öncəki müzakirələrin uğursuz olmasından sonra Suriya hökumətinə bağlı qüvvələr şəhərdəki müxalif mövqelərini atəşə tutmuşdu. Bu dəfə isə Suriya ordusu və üsyançılar arasında danışıqlardan sonra bölgədə heç bir qarşıdurma baş verməyib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Suriya   Üsyançılar   Dera  

Rusiya Suriyada üsyançıları tərk-silah edir

2018/07/Russian-MP_1531385341.jpg
Oxunub: 405     16:52     12 İyul 2018    