NATO Ukraynanı hərbi islahatları davam etdirməyə çağırıb

2018/07/630_360_1531381864-4413_1531384627.jpg
Oxunub: 355     16:35     12 İyul 2018    
NATO Ukraynanın alyansa üzvlük məqsədinə nail olmaq üçün hərbi islahatlara davam etməli olduğunu bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko ilə mətbuat konfransı keçirən NATO-nun Baş katibi Yens Stoltenberq qeyd edib.

“Ukraynanın uzunmüddətli məqsədi alyansa üzv olmaqdır. Əsas diqqət mərkəzi isə islahatlardır. Siz ciddi proqres əldə etmisiniz. Mən sizi bu yolda davam etməyə səsləyirəm. Bu, Ukraynanı NATO-ya daha yaxın edəcək. Lakin bunlardan da əhəmiyyətlisi, təhlükəsizliyinizi və demokratiyanızı gücləndirin”, - deyə Stoltenberq bildirib.

O, həmçinin Ukraynanın Milli Təhlükəsizlik Qanununu qəbul etməsini yüksək qiymətləndirdiyini və bunun hərbi islahatlar baxımından önəmli addım olduğunu vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: NATO   Ukrayna   Stoltenberq  

NATO Ukraynanı hərbi islahatları davam etdirməyə çağırıb

2018/07/630_360_1531381864-4413_1531384627.jpg
Oxunub: 356     16:35     12 İyul 2018    