Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə danışan Çexiya Xarici İşlər naziri və Baş nazirin müavini Yan Hamacek Çexiyanın 2%-lik tələbi hədəflədiyini bildirib.
Çexiya Müdafiə naziri isə Trampın bu tələbinin uzun müddətli zaman kəsiyində mümkün ola biləcəyini, hazırda isə Çexiyanın 2024-cü ilə qədər hərbi xərclərini ÜDM-nin 2%-nə çatdırmağı planlaşdırdığını vurğulayıb.
Qeyd edək ki, NATO-nun Brüsseldə davam edən sammitində dünən Tramp üzv ölkələrin öz hərbi xərclərini ÜDM-nin 4%-nə çatdırmalı olduğunu bildirib. Çexiyada bu göstərici hazırda 1,4% təşkil edir.
Dəyanət Ağalarlı
Ordu.az