Cənubi Koreya və ABŞ hərbi xərclərlə bağlı müzakirələri davam etdirir

2018/07/14332506w_1531377547.jpg
Oxunub: 453     14:45     12 İyul 2018    
Cənubi Koreya və Birləşmiş Ştatların nümayəndə heyətləri ABŞ-ın Cənubi Koreyada yerləşdirdiyi hərbi qüvvələrin saxlanılması üçün çəkilən xərcin paylaşılmasına dair danışıqları davam etdirir.

Ordu.az “Yonhap”a istinadən xəbər verir ki, məsələ ilə bağlı beşinci görüş gələn həftə baş tutacaq.

Cənubi Koreya Xarici İşlər Nazirliyinin məlumatına görə, 10-cu Xüsusi Tədbirlər Sazişinin beşinci sessiyası gələn həftənin çərşənbə və cümə ertəsi günləri ABŞ-ın Sietl şəhərində keçiriləcək.

Qeyd edək ki, hazırda ABŞ-ın Cənubi Koreyada 28500 əsgəri var. Son olaraq 2014-cü ildə qəbul edilən şərtlərə əsasən Cənubi Koreya həmin qüvvələrin saxlanılması üçün illik 850 milyon dollar ödəyir, lakin ABŞ bu məbləğin kifayət etmədiyini düşünür.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Cənubi-Koreya   ABŞ  

Cənubi Koreya və ABŞ hərbi xərclərlə bağlı müzakirələri davam etdirir

2018/07/14332506w_1531377547.jpg
Oxunub: 454     14:45     12 İyul 2018    