Ərdoğan NATO-da Türkiyənin terrorla mübarizə səylərini müzakirə edib

2018/07/645x400-erdogan-discusses-ankaras-counterterrorism-efforts-with-nato-allies-in-summit-1531343108104_1531376719.jpg
Oxunub: 1247     14:25     12 İyul 2018    
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən qatıldığı NATO liderlərinin sammitində bir neçə ölkənin rəhbəri ilə ikitərəfli görüş keçirib.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, onun görüşdüyü şəxslər arasında ABŞ prezidenti Donald Tramp, Yunanıstan Baş naziri Aleksis Tsipras, Macarıstan Baş naziri Viktor Orban və NATO-nun Baş katibi Yens Stoltenberq də var.

O, həmin görüşlərdə Türkiyənin üzləşdiyi təhdidləri, xüsusilə terror təhlükəsini müzakirə edib və Türkiyənin sərhədlərinin həm də NATO-nun sərhədləri olduğunu vurğulayıb.

Liderlər terrorla mübarizədə Türkiyəyə dəstəklərini ifadə ediblər. Günün yekununa dair qəbul edilən bəyannamədə də Türkiyənin cənub sərhədlərinin müdafiə olunmasının zəruriliyi vurğulanıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: NATO   Türkiyə  

Ərdoğan NATO-da Türkiyənin terrorla mübarizə səylərini müzakirə edib

2018/07/645x400-erdogan-discusses-ankaras-counterterrorism-efforts-with-nato-allies-in-summit-1531343108104_1531376719.jpg
Oxunub: 1248     14:25     12 İyul 2018    