Suriya ordusu Britaniya istehsalı silahlar aşkar edib - İDDİA

2018/07/2764083_1531375423.jpg
Oxunub: 540     14:04     12 İyul 2018    
Suriya İordaniya ilə sərhədlərdə nəzarəti ələ aldıqca azad edilən bölgələrdə terrorçulara aid çox sayda hərbi ləvazimat ələ keçirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Suriya ordusu ötən gün İordaniya ilə sərhəd bölgələrində patrul gəzintisi həyata keçirib.

Suriya Müdafiə Nazirliyindən bildirilir ki, ordu qüvvələri patrul gəzintisi zamanı daha öncə terrorçuların sığınacaq kimi istifadə etdiyi məntəqələrdə axtarışlar aparıblar.

Axtarışlar nəticəsində terrorçulara məxsus çox sayda avtomat silah, qumbara, raket başlıqları, kommunikasiya cihazları və mərmi aşkar edilərək müsadirə olunub.

Qeyd edək ki, Suriya hökuməti bu silahların Böyük Britaniya istehsalı olduğunu iddia edib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Suriya   Böyük-Britaniya   Terror  

Suriya ordusu Britaniya istehsalı silahlar aşkar edib - İDDİA

2018/07/2764083_1531375423.jpg
Oxunub: 541     14:04     12 İyul 2018    