NATO Makedoniyanı üzvlüyə dair danışıqlara dəvət edib

2018/07/Снимок_1531375815.png
Oxunub: 537     13:55     12 İyul 2018    
NATO liderləri rəsmi şəkildə Makedoniya hökumətini alyansa üzv olmaqla bağlı danışıqları başlatmağa dəvət edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, uzun müddətdir gözlənilən dəvət dünən sammitin ilk gününün yekunlaşmasından sonra elan edilib.

“2008-ci il Buxarest Sammitində biz NATO-nun BMT çərçivəsində ad məsələsi həll edilən kimi Makedoniyaya alyansa qoşulmaqla bağlı dəvət göndərməyə razılaşdıq. Biz Afina və Skopye arasında ad problemi üzərində əldə edilən tarixi razılaşmadan məmnunluğumuzu ifadə edirik. Öz siyasi xəttimizə uyğun olaraq, alyansa üzvlüklə bağlı danışıqlara başlamaq üzrə Skopyeyə dəvət göndərməyə qərar verdik”, - deyə sammitin bəyannaməsində qeyd olunub.

Qeyd edək ki, bu vaxta qədər Makedoniya ilə Yunanıstan arasında mövcud olan ad problemindən dolayı Yunanıstan Makedoniyanın NATO-ya üzvlüyünə veto qoyub. Lakin iki dövlət arasında ötən ay əldə edilən anlaşmaya əsasən, Makedoniya dövlətinin rəsmi adının Şimali Makedoniya Respublikası olaraq dəyişilməsi şərti ilə Yunanıstan onun NATO-ya üzvlüyünə razılıq verməyi öz öhdəsinə götürüb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: NATO   Makedoniya   Yunanıstan  

NATO Makedoniyanı üzvlüyə dair danışıqlara dəvət edib

2018/07/Снимок_1531375815.png
Oxunub: 538     13:55     12 İyul 2018    