NATO liderləri KXDR-ə qarşı təzyiqi davam etdirməyə çağırıb

2018/07/Dh1H0yCV4AA08DH-675x368_1531373662.jpg
Oxunub: 511     13:37     12 İyul 2018    
NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları beynəlxalq cəmiyyəti Şimali Koreyaya təzyiqi davam etdirməyə çağırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO sammitinin dünən baş tutan ilk günün yekununda qəbul edilən bəyanatda qeyd olunub.

Liderlər Şimali Koreyanı nüvəsizləşdirməyə təşviq etmək üçün BMT-nin sanksiyalarının tam tətbiqinin zəruriliyini qəbul ediblər.

Sammitdə həmçinin Pxenyanın BMT Təhlükəsizlik Şurasının nüvə və ballistik raket sınaqlarına dair bir neçə qətnaməsinin şərtlərini pozması kəskin şəkildə qınanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO   Şimali-Koreya   Sammit  

NATO liderləri KXDR-ə qarşı təzyiqi davam etdirməyə çağırıb

2018/07/Dh1H0yCV4AA08DH-675x368_1531373662.jpg
Oxunub: 512     13:37     12 İyul 2018    