“Lockheed” MH-60S, CH-53/E və V-22-lərə dair müqavilə imzalayıb

2018/07/MH-60R-Flight_1531331450.jpg
Oxunub: 316     22:20     11 İyul 2018    
“Lockheed Martin” MH-60S, CH-53/E və V-22 təyyarələrinə dair 10 milyon dollar dəyərində müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müqavilə N00383-16-D-003P saylı logistik kontraktın əlavəsidir. Bu əlavə ilə həmin müqavilənin müddətinin 2019-cu ilin avqustuna qədər uzadılması qəbul edilib.

Müqavilə kompaniya və Avstraliya, Bəhreyn, Braziliya, Misir, Fransa, Yunanıstan, İtaliya, Cənubi Koreya, İspaniya, Tayvan, Türkiyə, Yaponiya və Birləşmiş Krallıq tərəfindən imzalanıb.

Müqaviləyə əsasən “Lockheed” həmin ölkələrin inventarında olan MH-60S, CH-53/E və V-22 təyyarələrinə təmir-dəstək xidməti təmin edəcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Lockheed-Marin   MH-60S   CH-53/E  

Xəbər lenti

“Lockheed” MH-60S, CH-53/E və V-22-lərə dair müqavilə imzalayıb

2018/07/MH-60R-Flight_1531331450.jpg
Oxunub: 319     22:20     11 İyul 2018    